Məzmuna keç
  • Brent neft103.64 $▼5.77%
  • WTI neft95.47 $▼5.27%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.855 $▼1.79%
  • Qızıl3 976 $▲1.68%
  • Gümüş51.02 $▲1.87%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.75 ¢▲0.50%
  • Bitcoin77 118 $▼1.42%
  • Ethereum2 256 $▼0.71%
  • S&P 5007 613▲0.43%
14°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Hadisə

Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi

image-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxluq təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri deyilənləri bir daha təsdiq edir. Fevralın 12-si saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalının idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub. Fevralın 13-ü, saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov  paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib. Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının  həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159097