
Bakıda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb
Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Busaat.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Novruzov Mehrac Məhəmmədəli oğlu və 1988-ci il təvəllüdlü Novruzova Aytən Rəcəb qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.























