Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.07 $▲0.68%
  • WTI neft86.90 $▲0.30%
  • Avropa qazı (TTF)86.93 €▲2.32%
  • Təbii qaz (ABŞ)3.314 $▲0.70%
  • Qızıl4 060 $▲0.16%
  • Gümüş52.90 $▲0.71%
  • Pambıq82.59 ¢▲5.52%
  • Buğda600.00 ¢▲1.01%
  • Bitcoin73 972 $▲0.37%
  • Ethereum2 060 $▲0.48%
  • S&P 5007 521▼0.37%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Maraqlı

Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb - 33 nəfərin öldüyü qəzanın təfərrüatı

image-1050907
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

AZƏRBAYCANDA AVİAQƏZALAR SİLSİLƏSİNDƏN 8-Cİ YAZI

23 aprel 1966-cı il, Bakı.

Bakıda şiddətli külək və yağış var, 10 addım qabağı görmək mümkün deyil.

Busaat.az  lent.az-a istinadən xəbər verir ki, belə hava şəraitində saat 07.42-də Bakı-Saratov reysi ilə uçan İl-14 tipli təyyarə Binə aeroportundan havaya qalxır. Təyyarə yerdən aralandıqdan sonra pilot sol mühərrikdə problem olduğunu deyərək geri qayıtmağa qərar verir. 07.59-da hər 2 mühərrikin kəskin soyuması barədə məruzə edilir. 08.02-də komandir 200 metr yüksəkdə olduğunu bildirir. Məlum olur ki, dumana görə pilotlar aeroportu görməyərək uçuş zolağında yan keçərək dənizin üstü ilə uçurlar. 5 saniyə sonra təyyarədən SOS siqnalı gəlir: “suya enirik”. Əlaqə kəsilir.

Sovet ordusunun Xəzərdəki hərbi gəmiləri dərhal həyəcan siqnalı ilə qaldırılır. Axtarışlar heç bir fayda vermədiyi üçün əməliyyat 3 gün sonra dayandırılır. Xəzər dənizi 5 ekipaj üzvü və 28 sərnişin olmaqla 33 nəfərə məzar olur.

Hadisədən 6 ay sonra hərbi gəmilər təyyarənin qalıqlarını təsadüfən Böyük Zirə adasından 20 km cənubda 23 metr dərinlikdə tapır. Təyyarə sahilə çıxarılsa da, mühərriklərin dayanmasının səbəblərini müəyyən etmək mümkün olmur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79671