
Banqladeşdə gəmi qəzası nəticəsində 51 nəfər öldü
Banqladeşdə festival üçün məbədə gedən insanları daşıyan qayıq Pançaqarh bölgəsindəki Karatoya çayında batıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı banqladeşli səlahiyyətlilər yayıb.
Qəzanın sıxlıq səbəbindən baş verdiyi, batan qayıqda 100-dən çox sərnişinin olduğu bildirilib. Səlahiyyətlilər ölənlərin sayının 51-ə yüksəldiyini təsdiqləyib və 25 nəfərin itkin düşdüyü bildirib.
Qeyd edək ki, qəza ilə bağlı xilasetmə işləri davam etdirilir.
Busaat.az























