Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.55 $▲0.88%
  • WTI neft84.88 $▼0.15%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.173 $▲2.79%
  • Qızıl3 788 $▼2.30%
  • Gümüş45.87 $▼3.40%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 398 $▼0.73%
  • Ethereum1 804 $▼1.03%
  • S&P 5007 341▼1.07%
9°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Barbados rəsmən respublika elan olundu

image-barbados
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Karib dənizinin şərq hissəsində yerləşən Barbados rəsmi olaraq respublika olub.

Busaat.az  “TASS”a istinadən xəbər verir ki, oktyabr ayında ölkənin Prezidenti seçilən Sandra Meyson da, həmçinin vəzifəsini icra etməyə başlayıb.

Bununla da, ölkə Böyük Britaniya Taxt – Tacının hökmranlığından çıxır və kraliça II Elizabet artıq Barbadosun rəhbəri hesab olunmayacaq.

Respublikanın elan olunduğu mərasim ölkənin müstəqilliyinin 55-ci ildönümündə keçirilib. Mərasimə İngiltərənin vəliəhd şəhzadəsi Çarlz, eləcə də məşhur müğənni Rihanna qatılıb.

Barbados parlamenti sentyabr ayında Böyük Britaniya kraliçası II Elizabetin adanın rəhbəri statusunu ləğv etməyi nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiq edib.

Qeyd edək ki, Barbados 1627-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olub və 1966-cı ildə müstəqillik əldə edib. Ölkənin rəhbəri isə qubernator tərəfindən təmsil olunan Böyük Britaniya kraliçası hesab olunurdu. Bu ölkədə hazırda təqribən 300 min nəfər yaşayır.

 


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64580