“Barselona” ardıcıl beş oyunda qalib gəldi

image-barselonabackend

Busaat.az xəbər verir ki, “Barselona” Çempionlar Liqasının qrup mərhələsinin açılış oyununda Belçika “Antverpen”ini məğlub etdi – 5:0. Beləliklə, Kataloniya yığması ümumilikdə 18:4 hesabı ilə ardıcıl beş qələbə qazanıb.

16 sentyabr şənbə günü Xavinin komandası İspaniya çempionatında “Betis”i 5:0 hesabı ilə məğlub etdi. Bir ay ərzində “mavi qranatlar” La Liqada “Kadis” (2:0), “Vilyarreal” (4:3) və “Osasuna”ya (2:1) qalib gəlib.

“Barselona” növbəti matçını sentyabrın 23-də keçirəcək. Xavinin komandası İspaniya çempionatında səfərdə “Selta” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, ötən mövsüm “Barselona” “Real”ı 10 xal qabaqlayaraq La Liqanın qalibi olmuşdu. Çempionlar Liqasında kataloniyalılar uğursuz çıxış etdilər – komanda “Bavariya”, “İnter” və Çexiya “Viktoriya”sının çıxış etdiyi qrupda qaldı.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki