Deko: “Biz həmişə Çempionlar Liqasında oynamaq stəyəcəyik”

image-barcabackend

“Barselona”nın yeni idman direktoru Deko klubun Çempionlar Liqasında qarşısına qoyduğu hədəflərdən danışıb.

Busaat.az xəbər verir ki, bu barədə Mundo Depotrivo məlumat yayıb.

“Xavinin mütləq Çempionlar Liqasını qazanmaq kimi öhdəliyi yoxdur. Amma biz komandanı digər komandalarla rəqabət aparmaq üçün resurslarla təmin etməliyik. Həmişə Çempionlar Liqasında oynamaq və onu qazanmaq istəyəcəyik. Xavinin müqaviləsində onun bu kuboku qazanması ilə bağlı heç bir bənd yoxdur”, – Deko qeyd edib.

Xatırladaq ki, Çempionlar Liqasının son iki püşkatmasında “Barselona” qrupdan çıxmayıb. Buna qədər 2020/2021 mövsümündə mavi qranatlar turnirin 1/8 finalında mübarizədən kənarlaşdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90