“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanı və ya MLS-ə keçmək ehtimalından danışıb.
Busaat.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
“Səudiyyə Ərəbistanı? İndi bu barədə düşünmürəm. Barselonada, komandada, şəhərdə, ailəmlə birlikdə insan kimi çox xoşbəxtəm. “Barselona”dan əvvəl mən “maşın” idim, burada daha çox insan oldum. Burada iki illik müqaviləm və uzadılma opsiyam var. Koronavirus pandemiyasından əvvəl MLS ideyası beynimdə möhkəm idi. Amma nədənsə sonra fikrimi dəyişdim. “Barselona”nın rəhbərindən sonra bunu təsəvvür etmək çətindir”, – AS Levandovskidən sitat gətirir.
Xatırladaq ki, İspaniya çempionatının bu mövsümündə Levandovski səkkiz oyun keçirib, bu matçda dörd qol vurub və iki məhsuldar ötürmə edib.