“Barselona” Kumanla bağlı qərarını verdi

image-143860backend

“Barselona” baş məşqçisi Ronald Kumanla bağlı qərarını verib.

Busaat.az  xəbər verir ki, niderlandlı mütəxəssis növbəti mövsüm də Kataloniya təmsilçisində işinə davam edəcək. Belə ki, dünən Kumanla klubun yeni prezidenti Joan Laporte arasında qeyri-rəsmi görüş oub. Görüş zamanı klub rəhbəri 58 yaşlı çalışdırıcıya olan dəstəyini dilə gətirib və Kumanı “Barselona”nın baş məşqçisi olaraq görməyə davam etmək istədiyini söyləyib.

Qeyd edək ki, Kuman ötən ilin avqustundan Kataloniya təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda hazırda La Liqada 62 xalla 2-ci pillədə qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90