“Barselona”nın futbolçusu oyun zamanı huşunu itirdi

image-164060_u90lhjrimfbackend

“Barselona”nın futbolçusu Ronald Arauxo ağır zədələnib.

Busaat.az xəbər verir ki, o, La Liqanın 36-cı turunun “Selta” ilə oyunun (3:1) ikinci yarısında sradan çıxıb. Arauxo 62-ci dəqiqədə komanda yoldaşı Qavi ilə toqquşub. Uruqvaylı müdafiəçi bir neçə addım atıb və bundan sonra qazona yıxılaraq huşunu itirib. Ronald təxminən 5 dəqiqə sonra meydandan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Futbolçunun üzündə oksigen maskası olub.

Arauxonu Kleman Lanqle əvəzləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90