“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

image-142641backend

“Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeu müvəqqəti olaraq azadlığa buraxılıb.

Busaat.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.

Barselona İstintaq Məhkəməsi ifadə verməmək hüququndan istifadə etdikdən sonra Bartomeunun girov müqabilində sərbəst buraxılmasına qərar verib. Amma o, şübhəli şəxs qismində qalmaqda davam edir. Yaxın vaxtlarda Bartomeu iş materialları ilə tanış olacaq və məhkəmədə ifadə verəcək.

Qeyd edək ki, “Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeu, icraçı direktor Oskar Qrau və hüquq şöbəsinin müdiri Roman Qomes Ponti korrupsiya ittihamı ilə tutulublar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90