Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 346 $▼7.15%
  • Ethereum1 743 $▼9.59%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Baş nazir yorğun olduğunu deyib istefa verdi

image-jasinda-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern gözlənilmədən istefa verib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Deutsche Welle” portalı yayıb.

Siyasətçinin sözlərinə görə, artıq ölkəni idarə etməyə gücü yoxdur. Ardern fevralın 7-dən gec olmayaraq vəzifəsini tərk edəcəyini bildirib.

42 yaşlı Ardern mətbuat konfransında qeyd edib ki, Baş nazir olduğu 6 il onun üçün ağır dövr olub. O, yeni seçkilərdə namizədliyini irəli sürməyəcəyini də əlavə edib.

Siyasətçi vəzifədən getdikdən sonra zamanını 4 yaşlı qızı ilə keçirməyi və 2013-cü ildən münasibətdə olduğu Klark Qeyford ilə ailə həyatı qurmağı planlaşdırır.

Xatırladaq ki, 2018-ci ilin iyununda cütlüyün Niv adlı qızı dünyaya gəlib. Ardern və Qeyford 2019-cu ildə nişanlanıb.

Qeyd edək ki, Casinda Ardern Baş nazir olduğu dövrdə Yeni Zelandiya Kraysçörçdə terror aktlarına, ölkədə zəlzələ, siyasi və iqtisadi böhranlar və koronavirus pandemiyası kimi hadisələrə şahidlik edib.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97569