
Batan qayıqda ölənlərin agent olduğu üzə çıxdı
İtaliyada batan turist gəmisində həyatını itirənlərin İtaliya və İsrail kəşfiyyatının agentləri olduğu açıqlanıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə İtaliyada turist gəmisinin batması nəticəsində ölənlərin kəşfiyyat işçiləri olduğu ortaya çıxıb.
İtaliyanın şimalındakı Maggiore gölündə turistləri daşıyan qayığın batması nəticəsində 4 nəfər ölüb. Yerli mətbuatın məlumatına görə, kəşfiyyat işçiləri ad günü qeyd etmək üçün qayıqda toplaşıblar.
25 nəfərin olduğu qayığın qəflətən fırtınaya tutulması nəticəsində qayıq Lisanza qəsəbəsi batıb.
Səlahiyyətlilər ölənlərdən ikisinin italyan, birinin isə İsrail agenti olduğunu, kapitanın rus arvadının da hadisə zamanı həlak olduğunu bildirib. Sağ qalanların sahildə üzərək xilas olduqları və qayıqla xilas edildiyi bildirilir.
İtaliya mətbuatı qəzadan sağ çıxan 10 İsrail agentinin dünən hərbi təyyarə ilə ölkələrinə qayıtdığını bildirib.
Busaat.az























