Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 743 $▲0.99%
  • Ethereum1 812 $▲2.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır

image-biden-reu-1976388_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Bayden Ağ Evdə keçirilən Pasxa proqramı çərçivəsində qonaq olduğu NBC News-da danışıb.

2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala Bayden belə cavab verib: “Mən namizədliyimi irəli sürməyi planlaşdırıram, lakin hələlik bunu elan etməyə hazır deyilik”.

Bayden daha əvvəl “namizəd olmaq niyyətində olduğunu” bildirsə də, hələ ki, namizədliyini rəsmən açıqlamayıb.

Məşhur yazıçı Marianne Williamson Baydenin də üzvü olduğu Demokratlar Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs olub.

ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu, vəkil Junior Robert Kennedinin də seçkilərdə namizədliyini rəsmən elan edəcəyi gözlənilir.

Namizədliyini elan edən Respublikaçılar Partiyasından olan adlar arasında isə ABŞ-nin keçmiş prezidenti Donald Tramp, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, siyasətçi Stiv Laffi, gənc multimilyonçu Vivek Ramasvami və iş adamı Perri Conson da var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106451