
Bayden ABŞ tarixinin “ən korrupsioner prezidenti”dir - Tramp
ABŞ-nin sabiq prezidenti Donald Tramp indiki prezident Co Baydeni “ABŞ-nin ən korrupsiyalaşmış prezidenti” adlandırıb.
Busaat.az xəbər verir ki, Tramp ölkə qanunvericilərini bu barədə tədbir görməyə çağırıb.
“Co Bayden ABŞ tarixinin ən korrupsioner prezidentidir, bunun təkzibolunmaz sübutları Nümayəndələr Palatasında hər gün təqdim olunur”, – Tramp deyib.
Sabiq prezident ABŞ Konqresinin Senatının respublikaçılarının “nə üçün hələ də önə çıxıb saxtakar Co Baydeni və solçu radikal demokratları, faşistləri, marksistləri ölkəyə qarşı cinayət əməllərinə görə qınamadığını” soruşub. “ABŞ Senatın hərəkətə keçməsini nə qədər gözləyəcək?”, – siyasətçi bildirib.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirmişdi ki, qanunvericilər Baydenin ailəsinin xarici korrupsiya sxemlərində iştirakı səbəbindən onun impiçmentini araşdırmaq niyyətindədirlər.
Busaat.az























