
Bayden Çin liderini diktatora bənzətdi
ABŞ prezidenti Co Bayden Kaliforniyada seçki kampaniyası zamanı çıxış edib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Bayden çıxışında administrasiyasının ölkələrlə əlaqələrinə toxunub və Çin prezidenti Si Cinpinin “diktator” olduğuna eyham vurub.
Fevral ayında ABŞ hava məkanında vurulan Çin casus şarından danışan Bayden qeyd edib: “Tsinpinin casus avadanlığı ilə dolu balonu yerə çırpdığımda bu qədər əsəbi olmasının səbəbi onun orada olduğunu bilməməsi idi. Mən ciddiyəm. Nə baş verdiyini anlamayan diktatorlar üçün böyük biabırçılıqdır. (Balon) Alyaskaya, oradan da ABŞ-yə uçdu və bundan xəbərsiz idi. Vurulanda çox utanırdı. O, hətta orada olduğunu inkar etdi”.
“Ən vacib məqam odur ki, Tsinpin hazırda yenidən əlaqə qurmaq istədiyi vəziyyətdədir. Xarici işlər nazirimiz Antoni Blinken ora getdi, yaxşı iş gördü”, – Bayden bildirib.
O, əlavə edib ki, Çinlə münasibətləri yaxşılaşdırmaq üçün vaxt lazımdır.
Bayden Çinin ciddi iqtisadi problemlərinin olduğunu da vurğulayıb.
Busaat.az























