Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 619 $▼2.80%
  • Ethereum1 721 $▼2.94%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bayden əfqan qaçqınların köçürülməsinə razılıq verdi

image-bayden1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ bu ölkənin qoşunları ilə əməkdaşlıq edən Əfqanıstan sakinlərini ölkədən köçürmək üçün 100 milyon dollara qədər vəsait xərcləyəcək.

Busaat.az Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, bu haqda qərarı ABŞ Prezidenti Cozef Bayden verib.

Qeyd olunur ki, C.Bayden artıq Dövlət katibi Entoni Blinkenə bu məsələ barədə təlimatlarını göndərib.

Ayrılan vəsait qaçqın və məcburi köçkünlərə yardımın göstərilməsi üzrə dövlət fondu vasitəsilə xərclənəcək. İlk növbədə, bu pullar xüsusi mühacir vizalarının verilməsinə sərf ediləcək.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, 2,5 min əfqan sözügedən bu viza üçün müraciət edə bilər. Lakin bununla belə, KİV bu rəqəmin daha çox olduğunu deyir və onlara görə bu say bilavasitə amerikalı hərbçilərlə çalışan 18 min əfqan və onların 53 min ailə üzvündən ibarətdir.

Qeyd edək ki, ABŞ-ın təxliyyə edəcəyi əfqanların heç də hamısının burada qalacağına zəmanət verilmir. Köçürülən əfqanların viza almaq hüququ ümumi əsaslarla nəzərdən keçiriləcək. ABŞ-da qalmaq şansı qazana bilməyənlər isə vətənlərinə geri göndəriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=53019