Bayden Mərkəzi Kəşfiyyat İdarəsinə onu gətirmək istəyir

Bayden Mərkəzi Kəşfiyyat İdarəsinə onu gətirmək istəyirbackend

ABŞ-ın yeni Prezidenti seçilən Co Bayden Uilyam Börnsü Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbərliyinə namizəd göstərib.

Busaat.az  xəbər verir ki, bu barədə Baydenin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp tərəfindən sözügedən vəzifəyə namizəd göstərilən və qalmaqallı keçmişi ilə müzakirə edilən Gina Haspel Senatdan təsdiq alan ilk CIA qadın direktoru olmuşdu.

Haspel CIA-nın xaricdəki (Tayland) ilk həbsxanasına rəhbərlik edərkən terror şübhəlilərinə işgəncə vermək və işgəncə qeydlərini məhv etməklə məşhurdur.

2002-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşları Əbu Zubayda və Əbdülrəhim ən-Naşiriyə verilən işgəncə illərdir ABŞ-ın gündəmindən düşməyib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90