Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 465 $▼6.97%
  • Ethereum1 738 $▼9.81%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bayden seçkidən sonra ilk dəfə şərh verdi

image-baydenerdogan41521
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cumhur İttifakı”nın prezidentliyə namizədi Ərdoğanın seçki öncəsi sərt sözlərlə hədəf aldığı ABŞ prezidenti Baydendən maraqlı şərh gəlib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Türkiyədə keçirilən seçkilərlə bağlı jurnalistlərin suallarına təəccüblü cavab verib.

Amerikanın Səsi Türkcə-nin verdiyi xəbərə görə, Bayden Delaverdə həftəsonu tətili zamanı velosiped sürərkən jurnalistlərin suallarını cavablandırıb. Baydendən Türkiyədə keçirilən seçkilərə münasibət bildirməsi istənilib. Bir müxbir Baydenə seçkidə qarşıdurma ola biləcəyinə işarə edərək, ondan bu barədə fikirlərini soruşub.

Bayden cavabında deyib: “Bu doğrudurmu? Mənə heç bir məlumat daxil olmayıb”.

Bayden müxbirin, “Müxalifət partiyası lider olduğunu iddia edir, dövlət mətbuatı isə Ərdoğanın öndə olduğunu deyir”, – sözlərinə gülüb və cavab verib: “Tanış səslənir, elə deyilmi? Baxmayın, inşallah kim qalib gəlsə, qalib gələcək. Əgər belə deyilsə, dünyanın o hissəsində onsuz da kifayət qədər problemlər var”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109638