
Bayden uşaq ölümlərinin bir nömrəli səbəbini açıqladı
ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbi hələ də silahdır.
Busaat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
ABŞ prezidenti Co Bayden keçən il Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 19 şagird və 2 müəllimin ölümü ilə nəticələnən atəşin ildönümündə Ağ Evdə çıxış edib.
Hücumda həyatını itirənlər adına yandırılan 21 şam qarşısında həyatını itirənləri yad edən Bayden silahlanma ilə bağlı atılan addımların yetərli olmadığına diqqət çəkib.
Bayden bildirib ki, AR-15 tipli uzun lüləli tüfənglər və yarı avtomatik silahlar qadağan edilməlidir, çünki bu gün silahlar ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbi olmağa davam edir.
Bayden deyib ki, Konqres silah sahibliyi ilə bağlı sağlam düşüncə qanunlarını qəbul etməyənə qədər bu hücumlar bitməyəcək.
Bayden Uvaldedəki hücumdan sonra ölkə daxilində 650-dən çox kütləvi atışma hadisəsinin baş verdiyinə diqqət çəkib.
Qeyd edək ki, 24 may 2022-ci ildə Uvalde qəsəbəsindəki Robb İbtidai məktəbinə “AR-15” tipli silahla hücum edən 18 yaşlı Salvador Ramos sinif otaqlarına girərək 19 uşağı və 2 müəllimi güllələyərək öldürüb.
Busaat.az























