Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 688 $▼3.72%
  • Ethereum1 843 $▼4.36%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bayden və Roma Papası Fransiskin Ukrayna üzrə nümayəndəsi Zuppi arasında görüş keçirilib

image-default-31
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidenti Co Bayden Vaşinqtonda Roma Papası Fransiskin Ukrayna münaqişəsi üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi ilə görüşüb.

Busat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ukraynaya humanitar yardımın göstərilməsi məsələsini müzakirə ediblər. Bayden və Zupi “Ukraynalı uşaqların zorla deportasiyası” deyilən məsələni haqqında da fikir mübadiləsi aparıblar.

Bundan əvvəl bildirilmişdi ki, Roma Papası Rusiya, Ukrayna və digər ölkələrin nümayəndələrinin iştirakı ilə Vatikanda məşvərətçi qurumun yaradılması planlarını təqdim edib. Bu barədə Dünya Əntiq Əşyalar İttifaqının prezidenti Leonid Sevastyanov bildirib.

Sevastyanov qeyd edib ki, söhbət Roma Papasının Ukrayna münaqişəsinin həlli üzrə nümayəndəsi Matteo Zuppinin Moskva və Kiyevə səfərindən sonra müzakirə etdiyi məsələdən gedir.

Onun sözlərinə görə, belə bir debatın  təşkili nəzərdə tutulub. Orada iştirak üçün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Ukrayna tərəfinin nümayəndəsi və Qərb siyasətçiləri dəvət olunacaq. Məşvərətçi qurum humanitar məsələlərin müzakirəsini öz üzərinə götürəcək.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115575