Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 658 $▲0.86%
  • Ethereum1 814 $▲2.56%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bayden və Tsinpin görüşəcək

image-kapak_193744
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Noyabrın 14-də İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin görüşəcək.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin sözçüsü Karine Jean-Pierre yayıb.

İki liderin ABŞ və Çin arasında kommunikasiya əlaqələrinin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklərinə işarə edən Pierre, həmçinin iki ölkə arasında rəqabətin idarə olunması, maraqlar çərçivəsində birgə işləmək və dövlətlərə təsir edən transmilli problemlərin həlli məsələlərinin də ələ alınacağını bildirib.

Digər tərəfdən, görüş haqqında jurnalistlərə məlumat verən və adının açıqlanmasını istəməyən yüksək rütbəli Ağ Ev rəsmisi Baydenin Tayvan boğazı, insan haqları pozuntuları və Çinin zərərli iqtisadi hərəkətləri kimi mövzularda narahatlıqlarını dilə gətirəcəyini bildirib.

Bundan əlavə, rəsmi görüş zamanı Rusiya-Ukrayna müharibəsi kimi beynəlxalq məsələlərin də müzakirə olunacağını bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90360