
Bayden və Zelenski arasında telefon danışığı olub
Dekabrın 11-də ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin əsas prioritet məsələ olduğu bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin yaydığı bəyanatda yer alıb.
Bayden Ukrayna prezidentinin BMT Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərə əsaslanan ədalətli sülhə sadiqliyini alqışlayıb.
Zelenski deyib ki, prezident Baydenlə söhbəti zamanı ona 2022-ci ilin fevralında Rusiya qoşunlarının işğalından sonra Ukraynaya göstərdiyi müstəsna yardıma görə təşəkkür edib.
“Söhbət zamanı sülh üçün təqdim etdiyimiz maddələrin müsbət qəbul edildiyini hiss etməkdən məmnun oldum. Bu, nikbinliyi artırır. Sülh bəndləri nə qədər tez həyata keçirilərsə, Ukraynanın və bütün Avropanın təhlükəsizlik zəmanətləri bir o qədər möhkəm olar” – deyə, Zelenski Baydenə bildirib.
Busaat.az























