
Baydenin Çin prezidentini “diktator” adlandırması ilə bağlı Kremldən - AÇIQLAMA
ABŞ prezidenti Co Baydenin Çin lideri Si Cinpini “diktator” adlandırması Vaşinqtonun gözlənilməz xarici siyasətinin göstəricisidir.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov bildirib.
“Baydenin Çin prezidentini “diktator” adlandırması ilə bağlı xəbərə münasibət bildirən, Peskov deyib: “Bilirsiniz, bu, ABŞ-nin xarici siyasətinin tamamilə ziddiyyətli təzahürüdür”.
“Digər tərəfdən, də ABŞ xarici siyasətində artıq bir çox ölkələr üçün qəbuledilməz olan və onların sıraları artmaqda davam edən himayədarcasına rəislik, mühazirəçilik meyllərinin davamıdır”, – Peskov deyib.
“Bir neçə gün əvvəl ABŞ dövlət katibinin Pekində keçirdiyi görüşlər və müxtəlif barışdırıcı bəyanatlarla bağlı xəbərləri gördük. İndi dövlət başçısı tərəfindən bu səyləri ləğv etmək üçün anlaşılmaz bir addım gəlir”, – diplomat əlavə edib.
“Lakin bu, onların işidir. Bizim ABŞ-lə korlanmış münasibətlərimiz, Çinlə isə yaxşı münasibətlərimiz var”, – Peskov əlavə edib.
Busaat.az























