Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▼4.46%
  • Ethereum1 818 $▼5.68%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Baydenin hələ də ABŞ qoşunlarını Ukraynaya göndərmək planları yoxdur

image-bayden1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Rusiya ilə birbaşa qarşıdurmadan qaçmaq qərarını dəyişməyəcək.

Busaat.az xəbər verir ki, bunu yüksək rütbəli ABŞ rəsmisi xüsusi onlayn brifinqdə bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərinə həsr olunmuş tədbirdə rəsmidən soruşulub: “Baydenin Zelenski ilə Ağ Evdə görüşmək və Kiyev hökumətinə ABŞ-ın daha çox hərbi yardım göstərmək qərarı Vaşinqtonun Ukrayna böhranına daha yaxından daxil olmağa hazırlaşdığını göstərir?”

“ABŞ prezidenti əvvəldən aydın mövqe ortaya qoydu. O, mübarizədən çəkinməyib, ancaq sabah, gələn ay və ya gələn il ABŞ-ın Ukraynaya qüvvələr göndərməyəcəyindən əminəm. Ruslarla birbaşa vuruşmaq planımız yoxdur. Əvəzində ukraynalıların müdafiəsinə kömək etmək üçün milyardlarla, indi on milyardlarla dollar dəyərində hərbi texnika və ləvazimat göndəririk” – deyə, rəsmi cavab verib.

“Biz üçüncü ölkədə ukraynalıları həmin silahları işlətmək üçün öyrədəcəyik. Təlim keçdikdən sonra onlar silahları Ukraynada idarə edə biləcəklər. Bunu edən ABŞ personalı olmayacaq və bununla bağlı heç nə dəyişməyəcək” – deyə, rəsmi bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94775