
Baydenin oğlu vergidən yayınma və qeyri-qanuni silah saxlamaqda özünü təqsirli bilməyib
ABŞ prezidentinin oğlu Hunter Bayden vergidən yayınma və qanunsuz silah saxlamaqda təqsirli olmadığını bildirib.
Busaat.az xəbər verir ki, daha əvvəl verilən məlumata görə, prezidentin oğlu vergi fırıldaqları ilə bağlı yazılarda təqsirini etiraf edərək istintaqla sövdələşib.
Daha sonra CNN telekanalı bildirib ki, məhkəməyə qədərki razılaşmaya yenidən baxılıb və sövdələşmə məhdud formada bərpa edilib.
Telekanalın məlumatına görə, ittiham və müdafiə tərəfləri razılaşmanın yalnız vergi hüquqpozmaları, narkotik maddələrdən istifadə və silah saxlama ilə bağlı epizodları əhatə etməsi barədə razılığa gəliblər.
Reuters bildirir ki, Hunter Bayden 2017-2018-ci illərdə vergi qanun pozuntularına görə özünü təqsirli bilməyib.
Busaat.az























