Son illərdə adı qalmaqallarda hallanan ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin minlərlə şəxsi fotosu yayılıb. Fotolarda Baydenin fahişələrlə cinsi əlaqədə olduğu və narkotik istifadə etdiyi görünür.
Busaat.az xəbər verir ki, gələn il ABŞ-də keçiriləcək seçkilər üçün geri sayım yavaş-yavaş başlayarkən, sağçı platforma Marko Polo sosial mediada ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin 8864 şəxsi fotosunu paylaşıb.
Ayrı bir internet saytında Baydenin narkotik istifadə etdiyi və fahişələrlə cinsi əlaqədə olduğu görünür. Şəkillər Baydenin itirdiyi noutbukda saxlanılıb və kompüteri ələ keçirənlər bir müddətdir ki, bu fotoların yayımlanacağına dair açıqlamalar verirdilər.
Paylaşılan fotoların 2008-2019-cu illər arasında Havay, Kabo San Lukas, Kosovo, Çin, London, Paris, Belqrad və Romada çəkildiyi bildirilir.
Qeyd edilir ki, fotoşəkillərdən 7032-si Hunter-in MacBook Pro kompüterindəki foto proqramda, 1832-si iPhone XS model telefonda, qalanları isə skrinşotlarda, “WhatsApp” və digər proqramlarda qeydə alınıb.
Hunter Baydenin vəkilləri də Konqresdən Marko Polonun bu görüntüləri necə əldə etməsi ilə bağlı araşdırmaya başlamağı xahiş ediblər. Bayden bildirib ki, respublikaçılar Bayden ailəsinə qarşı qarayaxma kampaniyasına başlayıblar.
Busaat.az