Baydenin yeni “gizli sənədlər”i TAPILDI

image-1673418519_1673418465299backend

ABŞ prezidenti Co Baydenin vitse-prezidentlik illərinə aid olan yeni silsilə “gizli sənədlər”in tapıldığı iddia edilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “NBC News” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid yeni “məxfi sənədlər” tapılıb. Yeni sənədlərin bu dəfə fərqli bir yerdə tapıldığı qeyd edilən xəbərdə Baydenin komandasının Penn Bayden Diplomatiya Mərkəzindəki ofisində “məxfi sənədlər” tapıldıqdan sonra müxtəlif yerlərdə axtarışlara başladığı qeyd edilib.

Xəbərdə Ağ Evin mövzu ilə bağlı suala cavab vermədiyi, Ədliyyə Nazirliyindən isə heç bir şərh vermədiyi bildirilib.

Baydenin ofisindən çıxan “gizli sənədlər”

Bazar ertəsi Baydenin məsləhətçilərindən biri olan Richard Sauber, Baydenin Penn Bayden Mərkəzindəki şəxsi ofisində vitse-prezident vəzifəsində işlədiyi müddətdən qalan “məxfi məlumatları ehtiva edən az sayda sənədlərin” tapıldığını etiraf edib.

Sənədlərin 2 Noyabr 2022-ci ildə “kilidli şkafda” tapıldığını bildirən Sauber, sənədlər tapılan kimi Baydenin şəxsi vəkillərinin Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.

Bayden məxfi sənədlərin üzə çıxdığını eşidəndə “təəccübləndiyini” bildirib və sənədlərin məzmunu barədə məlumatının olmadığını deyib.

Ağ Ev rəsmilərinin sözlərinə görə, Ədliyyə Departamenti sözügedən sənədlərə baxışını davam etdirir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki