
Baydenlə görüşüm nəzərdə tutulduğundan ən azı iki dəfə çox davam edib - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 12-də Vilnüsdə ABŞ prezidenti Co Baydenlə görüşün nəticələrini şərh edib.
Busaat.az xəbər verir ki, Ukrayna lideri Co Baydenlə çox yaxşı görüş keçirdiyini bildirib.
Onun sözlərinə görə, görüş nəzərdə tutulduğundan ən azı iki dəfə çox davam edib.
“Görüş dayandırılmasaydı, daha çox danışacaqdıq. Biz bütün mövzularda o cümlədən, uzunmüddətli dəstək, silahlar, siyasət, və NATO haqqında danışdıq”, – Zelenski qeyd edib.
Bundan başqa, Zelenski Baydenlə cəbhə xəttindəki vəziyyəti, Ukraynanın imkanlarını, gələcək uzunmüddətli müdafiə əməkdaşlığını, son hadisələr nəzərə alınmaqla Rusiyadaxili prosesləri ətraflı müzakirə edib.
Busaat.az























