
Baydenlə sülh planını müzakirə etdik – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ prezidenti Co Baydenlə Kiyevin Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflərini müzakirə etdiyini və ABŞ liderinin bu təkliflərin müzakirəsi üçün sammit təşkil etmək ideyasını dəstəklədiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə görüşün nəticələri barədə danışan Ukrayna lideri özü deyib.
“Beynəlxalq hüquqi nizam bizim birgə vəzifəmizdir. Bizə sülh lazımdır. Ukrayna artıq mənim prezident Baydenlə müzakirə etdiyim təkliflərini verib. Bizim sülh düsturumuz – gələcək onilliklər ərzində təmin edilən birgə təhlükəsizliyimiz üçün həyata keçirilməli olan on bənddən ibarətdir” – deyə, Zelenski qeyd edib.
“Prezident Baydenin bu gün bizim sülh təşəbbüsümüzü dəstəklədiyini bölüşməkdən məmnunam” – deyə, Zelenski əlavə edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə günü Baydenin Zelenski ilə görüşündən əvvəl bildirib ki, iki lider Ukraynada münaqişəyə son qoymaq üçün ədalətli sülhə nail olmaq üçün Zelenskinin təşəbbüsünü müzakirə etməyi planlaşdırıb.
Ukrayna prezidentinin saytının məlumatına görə, Bayden Zelenski ilə söhbət zamanı qlobal sülh sammiti təşəbbüsü ilə çıxış edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi bildirib ki, Kreml Zelenskinin qlobal sülh sammiti təşəbbüsü barədə heç birməlumata sahib deyil.
Noyabrın ortalarında G-20 sammitinə videomüraciətində Zelenski bildirib ki, Kiyevin on müddəadan ibarət sülh planı var. O xatırladıb ki, Kiyev beynəlxalq təhlükəsizlik təminatında israrlıdır və müvafiq sənəd layihəsi hazırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, Kiyev döyüş əməliyyatları nəticəsində Rusiyanın ölkəsinə vurduğu zərərlərin ödənilməsi üçün beynəlxalq mexanizm yaratmağa çalışır.
Busaat.az























