
“Baykar” Ukraynaya yardım üçün Litvaya “Bayraktar” hədiyyə edəcək
“Litva xalqı Ukrayna üçün “Bayraktar TB-2”nin alınmasına şərəflə vəsait toplayıb”.
Busaat.az Report-a xəbər verir ki, bunu Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar” şirkəti açıqlayıb.
“Bunu bilən “Baykar” şirkəti Litvaya “Bayraktar TB2” hədiyyə edəcək və toplanan məbləği humanitar yardım üçün Ukraynaya göndərilməsini istəyəcək”, – şirkətin tviter hesabında qeyd olunub.























