“BBB (Borc Bizim Borcumuzdur) Fondu təsis edilə bilər” – Təklif

“BBB (Borc Bizim Borcumuzdur) Fondu təsis edilə bilər” – Təklifbackend

“Əsgərlərimizin banka olan öhdəliklərinin ödənməsi üçün BBB (Borc Bizim Borcumuzdur) Fondu təsis edilməlidir”.

Busaat.az xəbər verir ki, bunu Vətən Müharibəsində iştirak edən əsgərlərimizin banklara olan borclarının həlli ilə bağlı çxış yolu təklif edən iqtisadçı Rəşad Həsənov bildirib.

İqtisadçının sözlərinə görə, yaradılan Fond vasitəsilə öz qəhrəmanlarımızı, yaxud onların ailə üzvlərini öz imkanımız daxilində mükafatlandıra bilərik:

“Əsgərlərimiz ailələrini tək qoyaraq, ümidsiz qoyaraq sonsuz ağır bir yola çıxdılar. Təmas xəttini dəyişdilər, status-kvonu dəyişdilər, bütün yalanları gerçəklərlə əvəzlədilər. Lakin, bütün bunların sonunda bir gerçək dəyişmədi. Bu da müharibə iştirakçılarının real həyatda məcburiyyətdən götürdükləri öhdəlikləri – banklara olan borcları…Onlar Bizə Qarabağı verdi, Onlar Bizim başımızı yerlərdən qaldırdı. Onlar Bizim nisgilimizi sonlandırdı, ağrımızı azaldıb, 30 illik yaramızı sardı. Onlar Vətən üçün, Bayraq üçün, Torpaq üçün səfərbər oldu. Bizdə onlar üçün səfərbər olmalıyıq. Həmin insanları heç bir bankın, inhisarçının, dünənədək xalqın qanını soran korrupsiya maşınlarının öhdəliyinə buraxmayaq. Axı dünənədək onların böyük əksəriyyəti vergisini gizlədən, tenderlərə haram qatan, kartel qiymətləri tətbiq edib, satdıqları dərmanların belə tərkibini sifarişə dəyişdirtdirənlərdir.

Əsgərlərimizin banka olan öhdəliklərinin ödənməsi üçün BBB (Borc Bizim Borcumuzdur) Fondu təsis edilməlidir. Vətəndaş və sahibkar olaraq könüllülük prinsipləri əsas olmaqla, BBB Fonduna yardımlar toplana bilər. Ən qısa zamanda Banklar Asossiasiyası ilə danışıqlara başlana və müvafiq kateqoriyaya daxil olan bütün şəxslərin siyahısı və ümumi borcun həcmi dəqiqləşdirilə bilər. Banklarla Fond arasında ictimai saziş də imzalana bilər. O şərtlə ki, Fonda toplanan vəsaitlər ayda bir dəfə olmaqla diferensial bölgü prinsipi ilə bankların hesabına köçürülsün. Bu yolla öz qəhrəmanlarımızı, yaxud onların ailə üzvlərini öz imkanımız daxilində mükafatlandıra bilərik”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90