
BƏƏ Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 91 yardım təyyarəsi göndərib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “əsrin fəlakəti” olaraq adlandırılan dağıdıcı zəlzələlərdən sonra Türkiyə və Suriyaya 91 yardım təyyarəsi göndərib.
Busaat.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında paylaşılan məlumata görə, zəlzələdən zərərçəkənlərə kömək məqsədilə başladılan “Yiğit Süvari 2” kampaniyası davam edir.
Məlumata görə, Türkiyə və Suriyaya ümumilikdə 91 yardım təyyarəsi, həmçinin dağıdıcı zəlzələlərdən zərər çəkən hər iki ölkəyə ümumilikdə 2 549 ton humanitar yardım materialının çatdırıldığı açıqlanıb.
BƏƏ rəsmi təşkilatı WAM, dünəndən etibarən 34-ü Türkiyəyə, 44-ü Suriyaya olmaqla birlikdə78 yardım təyyarəsinin göndərildiyini bildirib.
Busaat.az























