Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Ermoşinanı istefaya göndərib.
Busaat.az “Belta”ya istinadən xəbər verir ki, qadın rəhbərin istefaya göndərilməsinin səbəbləri açıqlanmayıb.
Ermoşinanın istefaya göndərilməsi ilə Belarusda son 25 ildə ilk dəfədir ki, MSK rəhbəri dəyişir. Bundan sonra MSK-ya İqor Karpenko rəhbərlik edəcək.
Bununla yanaşı, Lukaşenko MSK-ya 5 yeni üzv təyin edib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Belarusda referendumun keçirilməsi planlaşdırılır. Belarus müxalifəti və beynəlxalq təşkilatlar hesab edirlər ki, respublikada seçkilərin və referendumların nəticələri daim saxtalaşdırılır, seçkilərin keçirilmə proseduru pozulur.