Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.44 $▼3.28%
  • WTI neft82.31 $▼2.87%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.372 $▲6.64%
  • Qızıl3 747 $▼1.04%
  • Gümüş45.29 $▼1.14%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.50 ¢▼3.43%
  • Bitcoin62 597 $▲0.58%
  • Ethereum1 770 $▲0.46%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Belarusun daha bir müxalifət lideri ilə əlaqə itib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belarus Müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü, vəkil Maksim Znak ilə əlaqə itib.

Busaat.az  “İnterfaks”a istinadən xəbər verir ki, onun mobil telefonu söndürülüb, messencerdən zəng çatmır. Silahdaşlarından biri olan Pavel Latuşko ötən gecə Znak ilə əlaqə qurduğunu bildirib: “Sonuncu dəfə saat 12:00 radələrində danışdıq. O vaxtdan bəri əlaqə saxlamadıq”.

“Belgazprombank”ın keçmiş sədri Viktor Babarikonun seçki qərargahının Mətbuat katibi Qleb Germançuk nəşrə açıqlamasında Znakdan son mesajın “maskalılar” olduğunu açıqlayıb: “Maksimin bir müsahibəsi olmalı idi, “Zoom”a daxil olmadı, ona zəng etdim, “deyəsən bizə kimsə gəlib” cümləsini dedi, əlaqə kəsildi və “maskalılar” sözünü mesajla göndərdi. İndi isə yoxdur”.

Koordinasiya Şurasının katibliyi Znakın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıla biləcəyini irəli sürüb.

Qeyd edək ki, bir neçə gün öncə Belarus etirazçılarının digər liderləri ilə də oxşar hadisə yaşanıb. Babarikonun seçki qərargahının keçmiş rəhbəri Mariya Kolesnikova, şura katibləri İvan Kravtsov və Anton Rodnenkov, həmçinin keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya və Pavel Latuşko ilə də bir müddət əlaqə itmişdi. Daha sonra Kolesnikova xaric hər kəs xaricdən əlaqə qurmağa müvəffəq olmuş və ölkədən getmələrinin məcburi şəkildə baş verdiyini bildirmişdilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17777