
Belarusun istənilən təcavüzə cavabı çevik, sərt olacaq - Lukaşenko
Hər hansı bir təcavüz Belarusa tərəf yönəldilsə, Minskin cavabı sərt və çevik olacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Hər hansı bir təcavüz olarsa, cavab çevik, sərt və adekvat olacaq”, – Lukaşenko Təhlükəsizlik Şurasının ölkənin yenilənmiş təhlükəsizlik konsepsiyası layihəsinin və könüllülər korpusu haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bəzi Qərb liderlərinin silahlanma yarışı və nüvə şantajı kimi “soyuq müharibənin elementləri” müasir beynəlxalq gündəmə qayıdıb.
“Aqressiv millətçilik və ekstremizmin müxtəlif formalarda təhdidlərinin artması göz qabağındadır. Neofaşist ideologiyası baş qaldırır”, – deyə qeyd edib.
Lukaşenko bildirib ki, bu təhdidlər birdən-birə ortaya çıxmayıb: “Qərbin Belarusa hegemonluğunun geosiyasi marağı çoxəsrlik hekayədir. Bununla belə biz irəliyə baxmalı və fəal olmalıyıq”.
Busaat.az























