
Belçika Tihange 2 nüvə reaktorunu həmişəlik bağlayır
Belçikada 40 ildir fəaliyyət göstərən Tihange 2 nüvə reaktoru həmişəlik bağlanacaq.
Busaat.az xəbər verir ki, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 illik istismardan sonra elektrik şəbəkəsinə qoşulması dayandırılacaq.
Tihange Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan Tihange 2 reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi.
Belçikada cəmi 7 reaktor , Hollandiya sərhədinə yaxın Doel AES-də 4 , Almaniya və Lüksemburq sərhədinə yaxın Tihange AES-də 3 reaktor işləyirdi.
Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyirdi.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.
Busaat.az























