
Belçikada terror əməliyyatı: Çoxlu həbslər var
Belçikada terror aktı planlaşdırdığı və İŞİD terror təşkilatına bağlı qrupla əlaqəsi olduğu bildirilən 7 nəfər saxlanılıb.
Busaat.az xəbər verir ki, Belçika federal prokurorluğundan verilən yazılı açıqlamada Flamand bölgəsinin Roeselare, Menen, Ostend, Wevelgem və Gent şəhərlərində bir neçə dəfə axtarış aparıldığı və ümumilikdə 7 nəfərin nəzarətə alındığı bildirilib.
Açıqlamada İŞİD terror təşkilatına bağlı qrupla əlaqəsi olan şəxslərdən 4-nün çeçen, 3-nün isə belçikalı olduğu bildirilib.
Açıqlamada ittihamların terror təşkilatında iştirak və terror aktı planlaşdırmaq olduğu qeyd edilib.
Belçika Təhdidlərin Təhlili Koordinasiya Agentliyi (OCAM) yuxarıda qeyd olunan hadisələrdən sonra terror riskinin orta səviyyədə olduğunu bildirib.
Busaat.az























