“Belə cılız marionetlərin milli iradə qarşısında şansı ola bilməz” – Deputat

image-behruuuuzzzbackend

31 il öncə, Ulu Öndərin taleyin ümidinə buraxılmış Azərbaycan xalqının imdadına yetişməsinin də ən yaxşı ifadə ekvivalenti elə qurtuluşdur.  

Busaat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin Bakıya qayıtması hər kəs üçün qurtuluş oldu:

“Azərbaycan xalqı qardaş qırğınından,Azərbaycan dövlətçiliyi isə öz tarixinin utanc dövründən – hakimiyyət boşluğu, milli sərvətlərinin cinayətkarcasına talanması və xaosdan xilas oldu.

Hətta bu qayıdış öz xəyanətkar və qorxaq mahiyyəti ilə bütün faciələrin təməlində dayanan cinayətkar AXC-Müsavat funksionerləri üçün belə nicat oldu, onları elə özləri kimi qiyamçıların dar ağacından xilas etdi”.

Deputat bildirib ki, belə cılız marionetlərin milli iradə qarşısında şansı ola bilməz:

“Müdrik xalq Heydər Əliyev dedi və bu  Azərbaycan qurtuluşu oldu. Çünki əslində Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin əsas məqsədi məhz AXC xuntasından qurtulmaq, Heydər Əliyevə qovuşmaq idi. Ona görə də qurtuluş həm də real müstəqillik tariximizin bağlanğıcıdır.

Bu gün Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyevin timsalında davam etməsi isə hərbi-siyasi qələbələrlə, iqtisadi inkişaf, güclü mərkəzi hakimiyyətlə  qurtuluşun əbədiliyinə təminat verir”, o əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki