Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.48 $▲0.82%
  • WTI neft89.15 $▲0.86%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.270 $▼2.24%
  • Qızıl3 899 $▼0.49%
  • Gümüş49.92 $▼0.68%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda594.75 ¢▲0.68%
  • Bitcoin68 729 $▼3.70%
  • Ethereum1 932 $▼4.21%
  • S&P 5007 592▼0.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

BMT-də islahatlar aparılmalıdır - Putin

image-ee2a61c4-b7e8-416d-a852-2bd5109bd704
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya prezidenti Vladimir Putin dünyada dəyişən vəziyyətlə əlaqədar BMT-də islahatların aparılmasının zərurətindən danışıb.

Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.

Məlumata görə, Putin yenidən təşkilin beynəlxalq ictimaiyyətin geniş konsensusuna əsaslanmalı olduğunu vurğulayıb.

“Təhlükəsizlik Şurası BMT-nin əsas orqanı kimi İkinci Dünya Müharibəsi nəticəsində yaranıb. Və təbii ki, dünyada vəziyyət dəyişir. Bunun üçün bu beynəlxalq qurumun hansısa islahatına ehtiyac var”, – Putin bildirib.

Dövlət başçısı Rusiya Xarici İşlər Nazirliyinin müvafiq dəyişikliklərin geniş konsensusa əsaslanması ilə bağlı mövqeyini xatırladıb.

Rusiya lideri bildirib ki, qərarlar bir qrup ölkə və ya bir dövlət tərəfindən qəbul edilməməlidir, çünki bu, beynəlxalq ictimaiyyətə yaxşı heç nə gətirməyəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140852