Dövlət qulluqçularının orta aylıq əməkhaqqı açıqlanıb

image-100-manatbackend

2024-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,7 faizini qadınlar təşkil edir.

Bu barədə Busaat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dövlət qulluqçularının 7,3 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,8 faizi 4-cü təsnifatı, 11,7 faizi 5-ci təsnifatı, 7,9 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 4,6 faizi 1 ilədək, 25,4 faizi 1 ildən 5 ilədək, 22,5 faizi 5 ildən 10 ilədək, 19,3 faizi 10 ildən 15 ilədək, 28,2 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 17,8 faizini 30-34 yaşda, 15,9 faizini 35-39 yaşda, 12,5 faizini 40-44 yaşda, 9,4 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,1 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933,3 manat təşkil edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki