
Belqorod şəhərinin hava limanı ərazisinə PUA düşüb
Bazar ertəsi naməlum pilotsuz uçuş aparatı (PUA) Belqorod şəhər aeroportunun ərazisinə düşüb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.
“Günün ikinci yarısında pilotsuz uçuş aparatı yerə düşüb və hava limanının hasarlarına bir qədər ziyan vurub”, – sözügedən xəbər agentliyinin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, müvafiq xidmətlər hadisənin başvermə şəraitini araşdırır.
Busaat.az























