
Ben Uolles NATO-nun baş katibi olmaq fikrini dəyişib
İngiltərənin müdafiə naziri Ben Uolles NATO-nun baş katibi olmağa ümid etmədiyini bildirib.
Busaat.az xəbər verir ki, o, bu barədə “The Economist”ə müsahibəsində deyib.
“Mən həmişə demişəm ki, yaxşı işdir. İstədiyim iş budur”, – Uolles may ayında DPA-ya verdiyi müsahibədə bildirmişdi.
BILD-in məlumatına görəi, Uolles indi bu vəzifəni tuta bilməyəcək, ən azı özü belə hesab edir.
O qeyd edib ki, ABŞ alyansın hazırkı baş katibi Yens Stoltenberqi daha bir il vəzifəsində qalmağa razı salmaq niyyətindədir.
BBC-nin xəbərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonun hazırda heç bir konkret namizədi dəstəkləmədiyini vurğulayıb.
Busaat.az























