
Benyamin Netanyahu Ərdoğanla görüşəcək - “Bloomberg”
İsrailin baş naziri Benyamin Netanyahu Ankaraya səfər edəcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” yazı dərc edib.
Nəşr tərəflərin iyulda görüşəcəyini və İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli mövzusunda danışıqlar aparacağını bildirib.
Qeyd edilib ki, iki ölkə prezidentləri ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir sıra addımlar atacaqlar.
Xatırladaq ki, bir vaxtlar yaxın hərbi müttəfiq olan Türkiyə və İsrail on ildən çox davam edən gərginlikdən sonra turizm və biznes sahələrində daha sıx əməkdaşlıq etməyə başlayıb.
Busaat.az























