Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.91 $▲0.29%
  • WTI neft88.66 $▲0.46%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.229 $▼3.09%
  • Qızıl3 883 $▼0.86%
  • Gümüş49.00 $▼2.49%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda592.75 ¢▲0.25%
  • Bitcoin68 932 $▼3.42%
  • Ethereum1 947 $▼3.48%
  • S&P 5007 552▼0.52%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bərbər işləyən tacik terrorçuya necə çevrildi? – 19 yaşlı Fayzov barədə SENSASİON FAKTLAR

image-ff7b7e059c447d038d6e2cd468e84d9a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən “Okruzjnoy” otelində qalıblar.  Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. 

Otel sahibi deyib ki,  onlar martın əvvəlində otaq götürüblər, özlərini bu günlərdə sakit aparıblar, həmişə salam verib gülümsəyiblər, “nəzakətli və  gülərüz” olublar. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar.

Onlar otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən 19 yaşlı bərbər vasitəsilə əlaqə saxlayıblar. Söhbət terrorçulardan biri, əvvəllər İvanovo vilayətində, sonra isə Teykov şəhərində bərbər işləyən 19 yaşlı Məhəmməd Fayzovdan gedir. Həbs zamanı həmin şəxs xəsarət alıb. O, xəstəxanada əməliyyat olunub.

Tacikin işlədiyi kişi salonunun qadın direktoru mk.ru-ya deyib ki, səhər saatlarından qəzəbli mesajlar alır, salonun telefonları susmur. “Bütün günü bizə zəng edirlər, hədə-qorxu gəlirlər, həyatım üçün qorxuram”,- deyə  baş direktor şikayətlənib. Onun sözlərinə görə, Fayzov onun salonunda üç aydan bir az işləyib. Noyabrda işə düzəlib,  yanvarın 11-də işdən çıxıb.

“Onun haqqında şübhəli nəsə görmüsünüz” sualına qadın belə cavab verib: “Onun haqqında şübhəli heç nə hiss etmədik. O, yaxşı usta sayılırdı, əvvəllər İvanovo bərbərxanasında işləyib. Bir vaxtlar İvanovoda yaşayırdı, sonra bizim kiçik Teykovo şəhərinə köçdü və bizimlə işə düzəldi. Biz onu həqiqətən tanımırdıq. Deyirdi ki, tək yaşayır, ailəsi yoxdur. O, yoxsulluq içində yaşamırdı, heç nəyə ehtiyacı yox idi. Bahalı telefon işlədirdi. Adamın başında nə olduğunu bilmirəm. Onda heç bir qəribəlik hiss etmədim.  Mən hamiləyəm, nə edəcəyimi bilmirəm. Çölə çıxmağa qorxuram. İndi ifadə vermək üçün istintaq komitəsinə gedəcəyik”.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin təqdim etdiyi son məlumatlara görə, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb. Dağıntılar təmizlənərkən onlarla qurbanın cəsədi aşkarlanıb. İlkin məlumata görə, ölümə səbəb güllə yaraları və dəm qazından zəhərlənmə olub. Faciə qurbanlarının sayının artmaqda davam edəcəyi gözlənilir.

 

Musavat.com 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137801