“Bərdə terroru”nun anım mərasimi keçirildi – Foto

image-berde7esasbackend

“Bərdə terroru”nun bir illik ildönümü ilə əlaqədar rayonda anım tədbiri keçirilib.

Busaat.az  xəbər verir ki, tədbirdə şəhid ailələri, ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak edib.

Mərasimdə məktəblilərin bu mövzuda rəsm əsərləri də sərgilənib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində erməni silahlı birləşmələri tərəfindən Bərdənin dinc əhalinin sıx yaşadığı və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə 144 bombacıq olan “Smerç” tipli ballistik klaster raketləri atılıb.

Nəticədə beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tural Hüseynli

 








Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90