
Berlin yaxınlığındakı əyləncə parkında yanğın - 9 nəfər xəsarət alıb
Berlin yaxınlığındakı Carls Erdberhof əyləncə parkında baş verən güclü yanğın nəticəsində 9 nəfər xəsarət alıb.
Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın Berliner Morgenpost nəşri məlumat yayıb.
Məlumata görə, yanğın sexdə başlayıb və bir neçə binaya keçib.
İnsanlar əyləncə parkından təxliyə edilib.Hadisə zamanı dörd nəfər, o cümlədən yanğınsöndürən dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin ümumi sayı 9 nəfərdir. Bundan əlavə, parkda saxlanılan donuz, keçi və qvineya donuzlarının xilas edildiyi bildirilir.
Yanğının söndürülməsinə 60 yanğınsöndürən və 20 texnika cəlb olunub.
Busaat.az























