
Berluskoninin son sevgilisi 100 milyon avro miras alıb
İtaliyanın sabiq baş naziri və “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni 33 yaşlı Marta Faşinaya 100 milyon avro vəsiyyət edib.
Busaat.az xəbər verir ki, bu barədə Ansa agentliyi yazı dərc edib.
“İrəli, İtaliya” partiyasından millət vəkili olan və siyasətçinin son sevgilisi olan Faşinadan başqa, Berluskoninin kiçik qardaşı Paolo da 100 milyon avro miras alıb. Berluskoninin uzun müddətdir tərəfdarı olan Marçello Dell’Utri isə 30 milyon avro alacaq.
Qeyd edək ki, iyunun 9-da Berluskoni Milanda San Raffaele klinikasına köçürülüb və o, iyunun 12-də 86 yaşında vəfat edib. Marta Faşina siyasətçinin son günlərini onun yanında xəstəxanada keçirib.
Busaat.az























