
Berluskoniyə leykemiya diaqnozu qoyulub
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni leykemiya xəstəliyindən əziyyət çəkir.
Busaat.az xəbər verir ki, bu barədə Corriere della Sera bildirib.
86 yaşlı siyasətçi pnevmoniya şübhəsi ilə San Raffaele xəstəxanasına yerləşdirilib. Berluskoni reanimasiyada müalicə olunur.
Qəzet məlumatın mənbəyi haqqında açıqlama verməyib.
Nə səhiyyə rəsmiləri, nə Forza Italia, nə də ailəsi hakim koalisiyadakı partiya liderinin səhhətinin vəziyyəti ilə bağlı rəsmi şərh bildirib.
Busaat.az























