Bərzani Azərbaycana gəldi – Yenilənib

image-berzanibackend

İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani iyulun 18-i Azərbaycana səfərə gələcək.

Busaat.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.

Səfər çərçivəsində ikitərəfli əlaqələr, eləcə də müxtəlif sektorlar üzrə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Məlumatda qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-i Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşdə Bərzanini Bakıya dəvət edib.

11:50
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani bu gün Azərbaycana işgüzar səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Neçirvan Bərzanini hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki